Modern.az

Paytaxtda gənc qız küçədə döyülüb

Paytaxtda gənc qız küçədə döyülüb

4 Sentyabr 2016, 20:19

Bakıda xuliqanlıq hadisəsi baş verib. Modern.az saytı Lent.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ocaqverdiyeva Nərmin Eldost qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, üzdən tanıdığı oğlan onu döyüb.

 

16 yaşlı qız əlavə edib ki, hadisə saat 20 radələrində Ü. Hacıbəyov küçəsi 66-nın qarşısında baş verib.

 

N.Ocaqverdiyeva onu döyən şəxsin adının Elçin olduğunu və onu üzdən tanıdığını deyib. Araşdırma aparılır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub