Modern.az

OMON-un keçmiş komandiri İŞİD rəhbəri oldu

OMON-un keçmiş komandiri İŞİD rəhbəri oldu

4 Sentyabr 2016, 20:37

Tacikistan OMON-un keçmiş komandiri əl-Taciki ləqəbi ilə tanınan Qulmurod Xalimov İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yeni rəhbəri olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, bu postda bir qədər əvvəl terrorçuluq fəaliyyətinə görə məhv edilən Abu Umar aş-Şişanini ləqəbi ilə məşhur olan Tarxan Batiraşvilini əvəz edib.

 

Məlumatda qeyd edilir ki, onun İŞİD rəhbəri olması rəsmən elan edilməyib. Çünki İŞİD onun hava zərbələrinin hədəfi olmasından ehtiyatlanır.

 

Tacikistan OMON-un keçmiş komandiri Qulmurod Xalimov ötən ilin aprel ayında İŞİD-ə qoşulub. O, Tacikistanda dövlətə xəyanətdə ittiham olunaraq axtarışa verilib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?