Modern.az

İnternet ədəbiyyatı: mövcud durum, problemlər, inkişaf istiqamətləri

İnternet ədəbiyyatı: mövcud durum, problemlər, inkişaf istiqamətləri

8 Fevral 2011, 11:08

Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru

Bu gün müasir informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir vaxtda, ən sadə əməliyyatlardan başlamış ədəbiyyat, mədəniyyət və  təhsil sahəsinin inkişafı  artıq  bu şəbəkənin üzərindən keçir. Ümumi götürdükdə,  ölkəmiz  prosesdən kənarda qalmayıb, bəzən yüksək, bəzən zəif də olsa, bütün istiqamətlər məhz qeyd olunan şəbəkənin üzərinə yerləşdirilir. Etiraf edilməlidir ki, həm Yazçilar Birliyi, həm də ictimai təşkilatlar bu istiqamətdə müəyyən işlər görüblər. QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə kitabxana.net saytı yaradılıb, bir sıra yazarlar tərəfindən isə 10-dan artıq fərdi internet səhifəsi istifadəyə verilib. Lakin qeyd edilməlidir ki, bir çox sahələr informasiya kommunikasiya texnologiyasında yüksək inkişaf dövrünə qədəm qoysa da, konkret olaraq ədəbiyyatımızın elektronlaşdırılması bu prosesdən müəyyən mənada kənarda  qalıb.

Yəni müasir Azərbaycan ədəbiyyatının elektron versiyası, habelə onun internetə çıxışı, o cümlədən ictimaiyyətə və 60 milyonluq Azərbaycan  xalqına təqdimatı müasir standartlara cavab vermir desək, yanılmarıq. Həm texnoloji baxımdan,  həm  tərtibat baxımından, həm də rəngarənglik  baxımından bu sahə üzrə ləngimələr  açıq şəkildə hiss edilməkdədir. Ədəbiyyat hər bir xalqın atributu, çəkisi  və səviyyəsinin göstəricisi hesab olunduğundan, bu sahənin inkişafının diqqət mərkəzində olması vacib sayılmalıdır. Bütün proseslərdə və onun icrasında isə vətəndaş cəmiyyəti kənarda qalmamalı, oz sözünü deməli, prosesin iştirakçısına çevrilməlidir. Odur ki, ilk növbədə ədəbiyyatımızın yerlərdə və dünya səviyyəsində tanıdılmasına çalışmalıyıq.

Beləliklə, Söz Azadlığını Müdafiə Fondu olaraq biz  bu proseslə bağlı  müəyyən məqamları araşdırdıq. Qisa şəkildə də olsa bəzi məqamlara xüsusi olaraq toxunmaq istərdik. Hazırda Azərbaycan Yazıçılar Birliyinin 1500-dək üzvü  olduğu deyilir.  Söz yox ki, onların bir qismi aktiv fəaliyyətdə olsa da, bir qismi son illər müəyyən səbəblərdən passivlik nümayiş etdirirlər. İstər ölkəmizin hüdüdlarında, istərsə də dünya miqyasında öz sözünü demiş  yüzlərcə şair və yazıçımız var.  
Apardığımız təhlillər göstərir ki, müasir infomasiya texnologiyalarına maraq ədəbiyyat təmsilçiləri arasında yüksəkdir. İstənilən qatda təmsil olunan yazarlarımızın internetə, kompüterə, proqramlara çıxışı var. Öz-özlüyündə bu marağın olması təqdirəlayiq haldır. Müşahidələrdən belə qənaətə gələ bilərik ki, ədəbiyyatımızın elektronlaşdırılması, internetdə təqdimatı məsələsini  tək Yazıçılar Birliyinin və ya ayrı-ayrı fərdi şəxslərin üzərinə atmaq olmaz. Bu prosesin icrası  bir tərəfdən milli maraq, digər tərəfdən maliyyə tələb edir. Söhbət apardığımız şair və yazıçıların 99% -i məhz bunu  səbəb kimi irəli sürdülər.

Vəziyyətdən çıxış yolu kimi nəyi təklif etmək olar.

1. Prosesin inkişafı dövlətin marağında olduğundan, məhz  bu məsələnin hökumət səviyyəsində həll edilməsi mümkün sayılan məqamlardandır. Bununla bağlı xüsusi dövlət proqramının hazırlanması, o cümlədən  mədəniyyətimizin bütün sahələrinin bu proqramda öz əksini tapması da vacib sayılmalıdır. Yəni mədəniyyət və incəsənətimizi yaşadan bütün qələm və sənət sahiblərinin yaradıcılğını  özündə əks etdirən portalın yaradılması ümumi işi irəliyə aparan amillərdəndir;

2. Fərdi saytların hazırlanması stimullaşdırılmalıdır;      

3. Fərdi elektron kitab mağazalarının təşkili, habelə elektron kitabxanaların yaradılması da prosesin inkişafina təkan verə biləcək. Bu işdə biznes strukturlarına müəyyən vergi güzəştlərinin tətbiqi də mühüm səmərə verə bilər;

4. Ədəbiyyatımızn xarici dillərə keyfiyyətli tərcüməsi və beynəlxalq şəbəkədə təbliği ümumi proseslərin ən vacib məqamlardan sayılmalıdır.

Bütün sadaladıqlarımız proseslərə hər birimizdən daha çox məsuliyyət  tələb edir. Bu işdə xüsusilə diqqətli olmaq lazımdır. Vizual görüntüdə millilik  hiss edilməli, o cümlədən  texnoloji proses elə qurulmadır ki, materiallardan  kimsə istifadə edib özününküləşdirməsin. Sözsüz ki, zəngin mədəni irsə sahib olan xalqimizin ədəbiyyatını, mədəniyyətini həm tanımaq, həm də tanıtmaq borcumuzdur.      

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?