Modern.az

Suya qarışdırılmış limon damcısının faydaları  - Həkim MƏSLƏHƏTİ

Suya qarışdırılmış limon damcısının faydaları  - Həkim MƏSLƏHƏTİ

5 Sentyabr 2016, 11:15

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.


Suya qarışdırılmış limon damcısı

Əgər səhər yuxudan duran zaman yarım stəkan isti suya bir neçə damcı limon suyu töküb içsəniz, nələrin baş verdiyini bilirsinizmi?..

1. İmmun sistemini gücləndirər.
Limonun tərkibində C vitamini olduğu üçün virus xəstəlikləri ilə mübarizədə çox faydalıdır. Bu turş meyvə kalium mənbəyidir.
Limon qan təzyiqi üçün də faydalıdır. O zaman ki, acqarına bu meyvədən istifadə edirsiniz, anti-oksidant bədəninizin immun sistemini gücləndirər.


2. Yeməyin həzm olmasına yardım edər.
Bu içəcək bədəndə olan zəhərli maddələri dəf edər. Həmçinin öd ifrazının artmasına səbəb olar. Bunun nəticəsində mədə yanmasının qarşısı alınar. Lakin əgər mədənizdə yara varsa və həssas bir mədəyə maliksinizsə, bu içəcəkdən çəkinin. Yaxşı olar ki, əgər içsəniz də limon damcısının sayını gərək azaldasınız.


3. Fövqəladə diuretikdir.
Bu içəcək bədəndə olan toksinləri təmizləyər və sidikqovucudur. Ona görə də diuretik xasiyyətə malikdir.


4. Tənəffüs yollarındakı problemi həll edər.
Bu içəcək tənəffüs yollarını təmizlədiyindən, problemləri də aradan qaldırar. Sinənizdə olan xəstəliklər üçün faydalıdır. Belə ki, öskürək xəstəliyindən xilas ola bilərsiniz. Bu içəcək astma və allergiya xəstəliyinə qarşı da faydalıdır.


5. Çəkinin azalmasına yardım edər.
Limonun tərkibində pektin maddəsi olduğu üçün aclıqla mübarizə aparar. Nəticədə çəkinizi rahat şəkildə azaltmağa yardım edər. Ona görə də əgər pəhriz saxlayırsınızsa, bu içəcəyi unutmayın.


6. Dərinin təmizlənməsi üçün.
Bu içəcək diş ağrısına qarşı və dərinin təmizlənməsi üçün faydalı bir qarışıqdır.


7. Stresslə mübarizə aparar.
O zaman ki, günümüz stresslə dolu olar, bədən C vitamini itirər. Ona görə də limonu unutmayaq. Bu içəcək C vitamini vasitəsilə əsəb gərginliyinizi aradan qaldıra biləcəkdir. Ona görə özünüzü daha gümrah hiss edərsiniz.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir