Modern.az

İslam Kərimov və tarixin ən məşhur özbəyi - Teymurləng

İslam Kərimov və tarixin ən məşhur özbəyi - Teymurləng

5 Sentyabr 2016, 11:37

Toğrul Bağırov


Əsl cəsarət, ədalət və türk həmrəyliyi göstərərək, Azərbaycan torpaqlarının işğalını dayandırmayana qədər Ermənistanla diplomatik münasibətləri yaratmaqdan imtina edən İslam Kərimovun vəfatı mənə tam əks hərəkətlər edən tarixin bəlkə də ən məşhur özbəyini xatırlatdı. Bu özbək Teymurləngdir.

1391-ci ildə, o, hər tərəfdən 200 minlik qoşunun iştirak etdiyi döyüşdə Altın Ordunun xanı Toxtamışı məğlub etdi. Dörd il sonra Teymurləng tatarlara qarşı yürüşü təkrar etdi (bu dəfə Azərbaycan üzərindən) və Terek çayının sahillərində baş vermiş döyüşdə tatarların 120 minlik ordusunu məhv edərək Altın Ordu dövlətinə son qoydu.

19-cu əsr rus tarixçisi, general Mixail İvanin bu barədə yazırdı: "Bu yürüş zamanı Teymurləng Qıpçaq dövlətini tam zəiflətdi. O, adətən qışda aşağı Volqa və Don ərazilərinə köçən qıpçaqların kəndlərinə sürətlə və gözlənilmədən hücum edərək, onların mütləq əksəriyyətini məhv edə bildi. Teymurləng Don və Volga tatarların əsas sərvəti olan mal-qara sürülərini ələ keçirdi və beləcə köçəri xalqlarını onların əsas gücündən, həyat özəyindən məhrum etdi. Beləliklə, İslamın böyük tərəfdarı olan Teymurləng müsəlmanlardan ibarət Altın Ordunun zəifləməsi və məhv olunmasının əsas səbəbi olaraq, bununla onun Rusiya üzərindəki hökmranlığına son qoydu və bu dövlətin qüdrətli xristian dövləti kimi ucalmasına şərait yaratdı".

Buna yalnız onu əlavə etmək qalır ki, Teymurləngin qoşunları da, tatarlar da, türklər idiər.
Rusiya isə Şərqdə güclü düşməni itirdikdən sonra, demək olar ki, müqavimətsiz olaraq öz ərazilərini həmin istiqamətdə genişləndirməyə başladı və 200 ilə Sakit Okeana çataraq, dünyanın ən böyük dövlətinə çevrildi.

Amma Teymurləng bununla kifayətlənmədi və 1400-cü ildə Avropada ildən-ilə daha çox torpaq əldə edən Türkiyəyə qarşı yürüşə getdi. 1402-ci ildə Ankara döyüşündə o, yüz minlik türk ordusunu məhv edərək, sultan Bəyazidi əsir aldı və Türkiyəni qılınca çəkdi. Tarixçilərin qiymətləndirmələrinə görə, bundan sonra türklərə bərpa olmaq üçün 50 il, yani iki nəsil lazım oldu və bu müddət ərzində Avropa mərkəzləşdi, orada kiçik feodal dövlətlərdən daha böyüklər yarandı və bunlar türklərə müqavimət təşkil etməyə bacardı.

Müqayisə üçün o zaman Avropanın taleyinə və tarixinə həlledici təsir göstərən döyüşlərdən rəqəmlər gətirim. Misal üçün 1415-ci il Ajnkur döyüşündə bir tərəfdən 9 minə qədər ingilis, digər tərəfdən isə 20 min fransız iştirak edib. Almanlar bir tərəfdə, polşalılarla litvalılar digər tərəfdə olan 1410-cu il Qrünvald döyüşündə hər tərəf təxminən 20-25 min əsgərə malik idi.

Belə ki, əminliklə demək olar ki, Teymurləng yüz minlərlə türkü qırmaqla Avropanı xilas etdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir