Modern.az

Azərbaycana heyranam

“Azərbaycana heyranam”

5 Sentyabr 2016, 12:57

Cansu Çavuş. Adını səsləndirəndə sıradan bır qız. Amma möhtəşəm səs. Dıqqətimi oxuduğu Azərbaycan mahnıları ilə çəkdi. Əvvəlcə Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasından tanıdım. Sonra "Rising Star" yarışmasında gördüm. Yenə doğma ifa idi. Cansu Azərbaycan mahnısı oxuyurdu.
Bu sevginin səbəbini özündən soruşdum. 

- Azərbaycan mahnıları uğurlu gəlir mənə. 2013-cü ildə "O səs Türkiyə" yarışmasına “Yalqızam” mahnısıyla qatılmışdım. "Rising Star"da ilk olaraq "O mio Babbino Caro" adlı opera arıyası ilə çıxış etdim.  Dörddə bir finalda isə "Ay qız"  adlı Azərbaycan mahnısını söylədim. Doğrudan da, uğurlu yarımfinala qaldım.

-Azərbaycanla bir bağlılığınız varmı?

-Azərbaycanlı dostlarım var. Qardaşız sonuçda. Ondan başqa, musiqisinə və sənətinə çox dəyər verirəm. Azərbaycan insanının istiqanlılığına və mənəviyyatına heyranam. Keçmişlərini qoruyub saxlamalar, sayğıları məni heyran edir. O üzdən çox sevirəm.

-Yarışmadan başqa nə işlə məşğulsan?

- Ankara Dövlət Okulunda musiqi müəlliməsiyəm. Eyni zamanda,  fərqli yerlərdə səhnəyə çıxıram.

-Albom çıxarmağı düşünürsənmi?

-Yarışmadan sonra gələn təkliflərə uyğun hərəkət edəcəm. Əlbəttə, çıxaracam. Albomda mütləq Azərbaycan mahnıları da olacaq. Azərbaycana gəlməyi çox düşünürəm. Sevdiyim ölkənin sənətçiləri ilə tanış olmağı arzu edirəm.

Məhsəti Şərif

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır