Modern.az

Kolleclərin boş yerlərinə əlavə yerləşdirmənin nəticələri açıqlandı

Kolleclərin boş yerlərinə əlavə yerləşdirmənin nəticələri açıqlandı

Təhsil

5 Sentyabr 2016, 13:01

Tələbə Qəbulu üzrə Dövlət Koçossiyası (TQDK) 2016/2017-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Modern.az xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727  nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 1220 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5629 abituriyent ərizə təqdim edib. Onlardan 1077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 6-dan 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür