Modern.az

Ərdoğana görə Putin-Obama “savaşı” - FOTO

Ərdoğana görə Putin-Obama “savaşı” - FOTO

Aktual

5 Sentyabr 2016, 13:42

Ötən gün Çinin Xançjou şəhərində G20 sammiti öz işinə başladı. Sammit çərçivəsində dünyanın diqqət mərkəzində olan liderlər bir-birləri ilə görüşdülər, müzakirələr apardılar.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin isti münasibətləri kuluarlarda diqqəti cəlb edib. Belə ki, liderlər şəkil çəkdirərkən Ərdoğanla Putinin nədənsə danışmaları hiss olunur daha çox ABŞ prezidenti Barak Obamaya təsir edib.

 

Ərdoğanla Putinin nədən danışdığını deyə bilmərik, amma təqdim edəcəyimiz fotodan aydın  olur ki, Obama həmkarlarının belə xoş münasibətinə qısqanclıqla yanaşır.

 

Bəlkə də, Obama həqiqətən də Rusiyanın Türkiyə ilə yaxınlaşmasını istəmir və bundan Amerikanın itirəcəyini düşünür. Başa düşmək olar... O da bəllidir ki, nurçu camaatın lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması məsələsinə görə Vaşinqtonla Ankara arasında diplomatik soyuqluq mövcuddur.

 

Xatırladaq ki, ötən ilin noyabrın 15-də G20-nin sammiti Antalyada keçirilmişdi. Həmin vaxt isə Obama ilə Ərdoğanın yaxınlığına Putin analoji reaksiya göstərmişdi.

 

Fotoqrafların ustalıqla tutduqları bu kadrlarda liderlərin üz ifadələrindən təmsil etdikləri dövlətlərin siyasətinin cizgiləri canlanır...

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir