Modern.az

İŞİD sıxışdırıldıqca azərbaycanlılar geri qayıtmaq istəyir...

İŞİD sıxışdırıldıqca azərbaycanlılar geri qayıtmaq istəyir...

5 Sentyabr 2016, 13:57

“İslam Dövləti” (İŞİD) terror təşkilatının Türkiyə sərhədləri ilə əlaqələri kəsilib. Belə ki, Türkiyə qoşunlarının Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı davam etdirilir.

 

Türkiyə sərhədlərində “at oynadan” İŞİD artıq nəzarəti əldən veribmiş kimi görünür. Bəs Azərbaycandan Suriyaya Türkiyə vasitəsilə “pənah aparmaq” istəyənlərin bundan sonrakı aqibəti necə olacaq?

İŞİD-in Türkiyə sərhədindən uzaqlaşması, ümumilikdə, bu terror təşkilatının zəifləməsinə gətirib çıxara bilərmi?

Təhlüksəzlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az -a açıqlamasında İŞİD-in əvvəlki illərlə müqayisədə Azərbaycan üçün problem olmadığını deyib.

 

“Əvvəllər Suriyaya gedənlər çox idi. Amma son zamanlarda İŞİD terror təşkilatının üzvlərinin geri qayıtması, üstəlik, buradan gedib onlara qoşulanların məsələsi zəifləyib. Düşünürəm ki, Azərbaycanı hədəfə almaq yox, sadəcə, qorxutmağa cəhd edilib. İŞİD üzvlərinə coğrafi nöqteyi-nəzərdən Azərbaycana gəlmək sərf etmir. Düzdür, istədikləri ölkədə terror aktı həyata keçirə bilirlər. Amma bu gün Azərbaycan İŞİD-in hədəfində deyil. Beynəlxalq koalisiya qüvvələri İŞİD-i sıxışdırdıqca azərbaycanlılar geri qayıtmaq istəyir. Azərbaycanda xüsusi xidmət orqanları tərəfindən kifayət qədər nəzarət mexanizmi var. Bu istiqamətdə Türkiyə xüsusi xidmət orqanları ilə Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlığı var. Artıq Suriyaya gedib-gələn 20-dən çox adamın məhkəməsi olub. Bəzilərinə xəbərdarlıq edilib”.

 

“İslam dövləti”nin zəifləməsinə gəlincə, ekspert bunun mümkünsüz olduğu qənaətindədir .

 

“Hər bir terror təşkilatının parlama dövrü olur. Məsələn, “Əl-Qaida”nın 2001-ci ildə Amerikada göydələnləri partlatması nəticəsində xeyli sayda insan öldü. Artıq bu gün “Əl-Qaida” terror təşkilatı zəifləyib. Hazırda isə İŞİD-in  parlayan dövrüdür. Mümkündür ki, gələcəkdə bu terror təşkilatı zəifləsin.

 

Amma, hələlik indiki reallıqda bu, mümkünsüz görünür. İŞİD terror təşkilatı sadəcə haranısa partladıb qaçmayıb. Onlar ərazi əldə edərək özlərini “dövlət” elan ediblər. Ona görə də İŞİD qruplaşmasının zəifləməsi zamanla gerçək olacaq. Yeri gələndə, iri dövlətlər İŞİD terror təşkilatından istifadə edirlər”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi