Modern.az

BMT 16 Bakı məktəblisinə qətnamə hazırlatdırır

BMT 16 Bakı məktəblisinə qətnamə hazırlatdırır

8 Fevral 2011, 11:40

Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi Azərbaycan Beynəlxalq Məktəbi (TİSA) və Bakı Oksford Məktəbi (BOS) ilə birlikdə şagirdlər üçün növbəti Bakı BMT Modelini təşkil edir. Modern.az-ın məlumatına görə, tədbir 10 fevral taricxində Landmark Biznes Mərkəzində keçiriləcək.  

Bu il Bakı BMT Modelində iştirak edən məktəblərin sayı üç dəfə artıb, şagirdlərin sayı isə 100-ü keçib. Belə ki, Bakıda yerləşən 16 məktəbin şagirdləri müxtəlif ölkələri təmsil edəcək, digər nümayəndələrlə danışıqlar apararaq “İfrat yoxsulluğun aradan qaldırılması və həyat standartlarının yüksəldilməsi üçün internetin idarə və istifadə olunması” mövzusunda ümumi qətnamə hazırlamağa çalışacaqlar.

Qeyd edək ki, bu tədbir BMT-nin müxtəlif üzv dövlətlərini təmsil edərkən şagirdlərin ünsiyyət qurmasına, müzakirələr aparmasına, onların siyasi və sosial məsələlər üzrə biliklərinin artırılmasına kömək edir. Eyni zamanda onlar problem üzrə təmsil etdikləri ölkələrin mövqeyi və danışıqlar aparma strategiyaları ilə tanış olur, ingilis dili bacarıqlarını inkişaf etdirirlər.

Birləşmiş Millətlər Təşkilatı Modeli BMT-nin Baş Assambleyasının və digər çoxtərəfli orqanlarının canlı simulyasiyasıdır. Beynəlxalq təşkilatları simulyasiya etmək ənənəsi hələ BMT-nin yaranmasından əvvəl, 1920-ci illərdə tələbələr tərəfindən keçirilən Millətlər Liqası Modeli vaxtından mövcuddur. BMT Modeli Proqramı tələbələr tərəfindən aparılan bu simulyasiyanın davamıdır, lakin BMT Modelinin ilk dəfə olaraq keçirilməsi haqqında dəqiq məlumat yoxdur. Hüquq, hökumət, biznes və incəsənət sahələrində fəaliyyət göstərən müasir liderlərin bir çoxu vaxtilə BMT Modelinin iştirakçıları olublar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...