Modern.az

Tibb Universitetində kadr dəyişikliyi

Tibb Universitetində kadr dəyişikliyi

Ölkə

5 Sentyabr 2016, 15:07

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında daha bir kadr dəyişikliyi baş verib.

 

Modern.az xəbər verir ki, Klinikanın baş həkimi Ramin Bayramlı vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə həkim-nefroloq Elnur Fərəcov təyinat alıb.

 

Xatırladaq ki, E.Fərəcov bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasında Daxili Xəstəliklər, Cərrahiyə və Transplantasiya şöbəsində çalışıb.

 

Qeyd edək ki, bu, Gəray Gəraybəyli ATU-ya rektor təyin olunandan sonra baş verən kadr dəyişikliklərinin davamı hesab olunur.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?