Modern.az

Bakıda Ermənistan xüsusi xidmət orqanı ilə əməkdaşlıq edən şəxsin kitabları SATILIR

Bakıda Ermənistan xüsusi xidmət orqanı ilə əməkdaşlıq edən şəxsin kitabları SATILIR

5 Sentyabr 2016, 15:12

Facebook sosial şəbəkəsində böyük qalmaqala səbəb ola biləcək məlumat paylaşılıb. Modern.az saytı xəbər verir ki, sosial şəbəkə istifadəçisi Araz Qurbanov paylaşdığı həmin məlumata görə, Bakının mərkəzi kitab mağazalarından birində qondarma «Talış-Muğan Respublikasının» ideoloqlarından biri olan və xüsusilə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır.

“Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yaımlanan TMV (Tolişə milliyə vindəsədo) –«Talış Milli Televiziyasının» aparıcısı, əslən lənkəranlı olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belorusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən «Talış Milli Akademiyasının» nəşrləridir.
Kitablar nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”,-deyə Facebook-da həyəcan təbili çalınıb.


Yəqin ki, müvafiq qurumları məsələyə biganə yanaşmayacaqlar...

Qeyd edək ki, Fəxrəddin Abbaszadə mütəmadi olaraq Ermənistan mətbuatında Azərbaycanın əleyhinə danışdırılır. Xaricdəki bəzi güc mərkəzləri Fəxrəddin Abbaszadə kimiləri vasitəsilə ölkəmizdə yeni etnik münaqişə ocaqları yaratmağa çalışırlar.

Separatçılıqla məşğul olan birisinin yazdığı kitabın Bakıya necə gətrildiyi, hələ bu azmış kimi satışa çıxarıldığı təccüb doğurur...

Xatırladaq ki, Fəxrəddin Abbaszadə ilə birlikdə separatçılıq toxumu yayan və onun kitablarının redaktoru olan Zabil Məhərrəmov (Madoj) hələ bu ilin əvvəlində cəbhədəki dördgünlük aprel döyüşləri zamanı İrəvana sığınaraq "Talışıstan TV” vasitəsilə Azərbaycana qarşı çirkab püskürürdü...


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi