Modern.az

Mədəniyyət və Turizm Nazirliyi “Mərkəzi Asiya örtükləri” sərgisi təşkil edəcək

Mədəniyyət və Turizm Nazirliyi  “Mərkəzi Asiya örtükləri”  sərgisi təşkil edəcək

Mədəni̇yyət

30 Oktyabr 2009, 13:08

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək.

Modern.az

Mədəniyyət və Turizm Nazirliyinin

mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış mərasiminin 2009-cu il noyabrın 5-də saat 12.00-da keçirilməsi nəzərdə tutulan sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri və örtükləri nümayiş etdiriləcək. Elmi mənbələrdən bəllidir ki, Mərkəzi Asiyanın zaman-zaman dəyişən, Xəzər dənizi, Sibir düzləri, İran səhraları ilə əhatələnən təbii sərhədləri daxilindəki ərazilərinə bu gün müstəqil dövlətlər olan Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın, eləcə də, Əfqanıstanın və Qərbi Çinin bir hissəsi daxildir. Coğrafi vəziyyəti etibarilə dəniz yolları açılmazdan əvvəl Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu məhz bu ərazilərdən keçirdi. Bu isə həmin ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaratmışdır. Sərgidə bu incəsənətin Raunun kolleksiyasında yer alan nümunələri təqdim edilir. Qeyd edilən sərgi 2009-cu il noyabr ayının 5-dən, 2010-cu il mart ayının 3-ə qədər davam edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi