Modern.az

Məktəblərdəki 5 yaşlıların hazırlıq qrupları məcburidir, könüllü?

Məktəblərdəki 5 yaşlıların hazırlıq qrupları məcburidir, könüllü?

Təhsil

6 Sentyabr 2016, 12:10

Bu ildən orta məktəblərdə 5 yaşlı uşaqlar üçün dövlət hesabına hazırlıq qrupları açılıb.  İndi məktəbəqədər hazırlıq kurslarının təşkil olunması Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir.

Valideynlər isə anlaşılmaz durumla qarşı-qarşıyadırlar.

Çünki, bəziləri bunun məcburi xarakter daşıdığını, hazırlığa getməyən uşaqların məktəbə qəbul olunmayacağı kimi fikirlər səsləndirir. Hətta bəziləri bağçanın məktəbəhazırlıq qrupunda olan övladını məktəbdəki hazırlığa yazdırmağı qərara alıb. Bəs, əslində məktəbəqədər hazırlıq məcburi, yoxsa könüllüdür?

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Moden.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, tamamilə könüllüdür:

“İstəyən övladını bağçada da saxlaya bilər, məktəbdəki hazırlığa da yazdıra bilər”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır