Modern.az

Həcc ziyarətinə ən çox zəvvar göndərən ölkələr - SİYAHI

Həcc ziyarətinə ən çox zəvvar göndərən ölkələr - SİYAHI

6 Sentyabr 2016, 13:57

Bu il Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti üçün ayrı-ayrı ölkələrə verilən zəvvar kvotasını azaltmalı olub.

Modern.az saytı xəbər verir ki, bu addım ötən il Həcc ziyarəti zamanı Məkkə şəhərində yüzlərlə zəvvarın ölümü ilə nəticələnən sıxlıqdan sonra atılıb. Ərazidə təhlükəsizliyi gücləndirmək və genişlətmə işləri aparıldığı üçün bütün ölkələr üzrə kvota sayı azaldılıb. Bu ölkələr arasında Azərbaycan da var.

 

Belə ki, 2015-ci ildə Səudiyyə Ərəbistanından 2400 nəfərlik kvota alan Azərbaycan bu il müqəddəs şəhərlərə yalnız 1050 zəvvar göndərə biləcək.

 

Digət tərəfdən isə iranlı zəvvarlar bu il Həcc ziyarətinə gedə biləməyəcək. Ər-Riyadla Tehran arasında münasibətlər ötən il 400 iranlı zəvvarın Həcc zamanı ölməsindən sonra pisləşib.

 

Bu il iki ölkənin dini idarə rəhbəri arasında aparılan danışıqlarda kvotanın miqdarı müəyyən olunmalı idi. Lakin aparılan danışıqlarda lazımi nəticə alınmadığından İran bu il Məkkə və Mədinəyə zəvvar göndərməyəcək.

 

Hər il 2 milyon müsəlman Həcc ziyarətinə gedərək “Hacı” adı qazanırdı.  Bu il onların sayı 1,5 milyondan bir az çox olacaq.

 

Modern.az saytı 2016-cı ildə Həcc kvotası alan ölkələrin siyahısını təqdim edir.

 

        İndoneziya – 168 800

        Pakistan – 143 368

        Hindistan  - 136 200

        Banqladeş -  60 028

        Türkiyə - 59 200

       Malaziya – 44 500

        ABŞ – 19 680

        Rusiya – 16 400

         Fillipin – 8000

        Özbəkistan 5 200

        Qazaxıstan - 4985

        Azərbaycan – 1050

       Fələstin – 1000

      Gürcüstan  - 516

 

       Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır