Modern.az

4 təşkilat referendumda exit-poll” keçirmək istəyir

4 təşkilat referendumda “exit-poll” keçirmək istəyir

6 Sentyabr 2016, 14:23

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda "exit-poll" keçirmək üçün dörd təşkilat Mətkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

 

MSK-dan Modern.az-a verilən məlumata görə, müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, ELS Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzidir.

 

MSK yaxın vaxtlarda həmin təşkilatların "exit-poll" keçirmək üçün qeydə alınması məsələsinə baxacaq.

 

Qeyd edək ki, səsvermədə “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin MSK-da qəbul müddəti sentyabrın 6-da başa çatır.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür