Modern.az

Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq

Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq

6 Sentyabr 2016, 15:15

 Qondarma “Abxaziya Respublika”sı Xankəndində səfirlik açacaq.

 

Modern.az Abxaziya KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma dövlətin  vitse-prezidenti Vitali Qabniya məlumat verib.

 

Azərbaycan torpaqlarında yaradılan separatçı qurumun 25 illiyik tədbirində iştirak edən Qabniya Xankəndində Abxaziyanın, Suxumidə isə Dağlıq Qarabağın səfirliyinin açılacağını deyib.

 

“Biz bir-birimiz anladıq. Qarşılıqlı informasiya dəstəyi, əməkdaşlıq müqavilələri imzalamaq olar”.

 

Separatçı Abxaziya Respublikasının müstəqilliyi Rusiya, Nikaraqua, Boliviya, Venesuela, Nauru və Vanuatu dövlətləri tərəfindən tanınıb.

 

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!