Modern.az

Polis zabitinin anasını onun öz şalı ilə boğub öldürüblər

Polis zabitinin anasını onun öz şalı ilə boğub öldürüblər

8 Fevral 2011, 15:35

Fevralın 7-də Gəncə şəhərində qətl hadisəsi baş verib. Şəhərin Əziz Əliyev küçəsi 2-ci dalan ev iki də yaşayan 1930-cu il təvəllüdlü Əliyeva Siddiqə İbrahim qızı qətlə yetirilib.
İstintaq qrupu tərəfindən hadisə yerinə baxış zamanı məlum olub ki, 81 yaşlı qadını özünün boğaz şalı ilə boğularaq qətlə yetiriblər. Ardından mənzildən dəyərli əşyalar götürülüb.
Gəncə şəhər Prokurorunun köməkçisi Elnar Hüseynovun Modern.az saytına verdiyi məlumata əsasən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi  ilə iş açılıb. Ekspertizalar təyin edilib. İstintaq aparılır. Hələ ki, hadisənin kimlər tərəfindən törədilməsi müəyyənləşməyib və şəxslər həps edilməyib.

Daxili İşlər Nazirliyi də hadisə barədə məlumat yayıb. Nazirliyin məlumatında bildirlib ki, hadisə saat 20.20 radələrində törədilib. Məlumata görə, evdən 1 ədəd qızıl üzük, 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və geyim əşyaları aparılıb.   
Nizami (Gəncə) RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qətlə yetirilən 81 yaşlı Siddiqə Əliyevanın Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun anası olduğu bildirilir.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir