Modern.az

Bayram Səfərovdan Abxaziyanın Qarabağda səfirlik açmasına REAKSİYA

Bayram Səfərovdan Abxaziyanın Qarabağda səfirlik açmasına REAKSİYA

6 Sentyabr 2016, 16:14

Qondarma “Abxaziya Respublika”sı Xankəndində səfirlik açmağa  hazırlaşır. Bu barədə qondarma dövlətin  vitse-prezidenti Vitali Qabniya məlumat verib.

 

Xankəndində  səfirlik açılacağı təqdirdə  Azərbaycanda  fəaliyyət göstərən qurumlar məsələ ilə bağlı hansı  addımları  atmağı düşünür?

 

Modern. az saytı  məsələyə münasibət  öyrənməyə  çalışıb.

 

Dağlıq  Qarabağın azərbaycanlı icmasının  sədri  Bayram Səfərov  Xankəndində səfirlik  açılacağı təqdirdə konkret nəsə  deyə biləcəyini  söyləyib.

 

“Bir halda ki,  adı  qondarma  olan dırnaqarası dövlət  öz aləmində  səfirlik açırsa,  açsın görək necə  açır.  Əgər  bu gerçək olarsa, o zaman  biz  də  hücum planımızı  həyata keçirəcəyik. Deyəcəyik ki, ay  Abxaziya, ar olsun sənə! Amma belə bir hal baş verərsə, ölkəmizin xarici  işlər nazirliyi var. Onlar  ilkin addımlarını  atacaqlar.  Hələlik açılmayan bir səfirlik  haqqında geniş fikir  söyləyə  bilmərəm.  Öncə, bir səfirlik açsınlar,  görək açacaqlar yoxsa  yox”. 

 

Xarici  İşlər  Nazirliyinin  (XİN )mətbuat  xidmətinin  rəhbəri   Hikmət  Hacıyevin cavabı isə  qısa oldu.

 

“Xarici  işlər nazirliyi  qondarma dövlətlərin  “özfəaliyyətlərini”  şərh etmir”

 

 

Namidə BİNGÖL

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi