Modern.az

Əkrəm Əylisliyə prokurorluqda nə dedilər? - AÇIQLAMA

Əkrəm Əylisliyə prokurorluqda nə dedilər? - AÇIQLAMA

Ədəbi̇yyat

6 Sentyabr 2016, 17:59

Yazıçı Əkrəm Əylisli barəsində açılan cinayət işinin istintaqı ilə əlaqədar sentyabrın 6-da Bakı şəhər Prokurorluğunda olub.

Bu haqda yazıçının vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, yazıçı və ona istintaqın tərkibi elan edilib.

Yazıçının cinayət işi üzrə araşdırmanı müstəntiq Asəm Səfərəliyev aparır. İstintaqa prokuror Azər Əsgərov nəzarət edəcək.

İstintaqın tərkibi ilə bağlı protokol tərtib edilib, yazıçının buna etiraz edib-etmədiyi soruşulub. Bununla bağlı protokol tərtib edilib.

Yazıçı Ə. Əylisli bu ilin martında İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. Rəsmi orqanlar yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığından saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratdığı ilə bağlı iddiaları qəti rədd etmişdi.

Sərbəst buraxılan yazıçıya sonradan xuliqanlığa görə, cinayət işi açılmış, ardınca o, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunmuşdu.

Yazıçıya qarşı ittihamlar təsdiqlənərsə, o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Əkrəm Əylisli hazırda ölkəni tərk edə bilməz, istintaq ondan başqa yerə getməmək barədə iltizam alıb.

78 yaşlı yazıçı “Azadlıq” radiosuna müsahibəsində həbs ediləcəyi təqdirdə bunun ondan ötrü ölüm hökmü olduğunu bildirmişdi.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır