Modern.az

İlham Əliyev iki yeni səfir, bir konsul təyin etdi - SƏRƏNCAM

İlham Əliyev iki yeni səfir, bir konsul təyin etdi - SƏRƏNCAM

Ölkə

6 Sentyabr 2016, 18:51

Modern.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev sentyabrın 6-da diplomatik fəaliyyətlə bağlı bir sıra sənədlər imzalayıb.


Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Digər sərəncamla Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Əliyənnağı Mehti oğlu Hüseynov isə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi