Modern.az

Səhiyyə Nazirliyinin 21 vəzifəli şəxsi işdən çıxarılıb

Səhiyyə Nazirliyinin 21 vəzifəli şəxsi işdən çıxarılıb

Ölkə

8 Fevral 2011, 16:05

Səhiyyə Nazirliyində 31.01.2011-ci il tarixində keçirilmiş geniş kollegiya iclasının nəticələri olaraq əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib.
Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!