Modern.az

Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 5-ə çatdı

Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 5-ə çatdı

Dünya

30 Oktyabr 2009, 14:01

Türkiyədə “donuz qripi”ndən ölənlərin sayı artmaqdadır.   Modern.az Türkiyə mətbuatında yayılan son məlumatlara istinadən xəbər verir ki, artıq bu ölkədə təhlükəli virusdan ölənlərin sayı 5-ə qalxıb.

Oktyabrın 29-da Türkiyənin Diyarbakır vilayətində əkiz uşağa hamilə olan 34 yaşındakı Bəşirə Bozkurt erkən doğum üçün qaldırıldığı xəstəxanada “donuz qripi” diaqnozuyla ölüb. Həkimlər körpələr də qurtara bilməyiblər.

8 aylıq hamilə Bəşirə Bozkurta virusun doğum üçün gəldiyi xəstəxanada bulaşdığı bildirilir. Türkiyədə 1400-dən artıq “donuz qripi”nə yoluxma qeydə alınıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir