Modern.az

Həmkəndlisini öldürən şəxs axtarışa verildi

Həmkəndlisini öldürən şəxs axtarışa verildi

7 Sentyabr 2016, 12:18

Kəndlisini öldürən şəxs hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, sentyabrın 6-da İsmayıllı rayonunun Topçu kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Canbulad Hüseynov münaqişə zəminində həmkəndlisi Hikmət Feyzullayevə bıçaqla xəsarət yetirib. C.Hüseynov bundan sonra hadisə yerini tərk edib.

 

Xəstəxanaya yerləşdirilmiş H.Feyzullayev isə orada ölüb.


C.Hüseynovun tutulmusı üçün polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir