Modern.az

Prezident sabah Gəncəyə gedəcək

Prezident sabah Gəncəyə gedəcək

8 Fevral 2011, 18:08

Sabah Prezident İlham Əliyevin respublikamızın qərb bölgəsinə səfəri planlaşdırılır. Modern.az saytının məlumatına görə, ölkə başçısının səfəri ilə əlaqədar bu gün səhərdən Gəncədə şəhərin  küçə və prospektlərində təmizlik və abadlıq işləri aparılır.

Gəncə Şəhəri İcra Hakimiyyətindən bildirilib ki, ölkə başçısı bir sıra tədbirlərdə iştirak edəcək.

Prezident İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində ötən ildən əsaslı təmirə dayanmış Xan Bağının açılışında, İmamzadə Kompleksində və Gəncə Regional İnformasiya Mərkəzində aparılan yenidənqurma, təmir işləri ilə yaxından tanış olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu