Modern.az

Maliyyə Nazirliyinin inzibati binası niyə sökülür?

Maliyyə Nazirliyinin inzibati binası niyə sökülür?

9 Fevral 2011, 10:03

Maliyyə Nazirliyinin inzibati binası qarşıdakı aylarda söküləçək və hazırda bu məsələ ilə  bağlı nazirlik tender elan edib. Nazirliyin binasının sökülməsinin əsas səbəbi isə hələki məlum deyil. Aparılaçaq söküntü işlərinin nə ilə bağlı olduğunu öyrənmək üçün nazirliyin Mətbuat xidmərinin rəhbəri Mais Piriyevlə əlaqə saxladıq. M.Piriyev Modern.az-a bildirdi ki, ”indiki mərhələdə bu məsələ ilə bağlı hər hansı açıqlamanın tender prosesinə təsir göstərəçəyini nəzərə alaraq, ətraflı məlumat verməmək məqbul sayılır”.

Onun sözlərinə görə, yaxın günlərdə qanunveriçilik çərçivəsində tenderlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Тender proseduru 2011- ci ilin mart ayının 28-i saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin otağında keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı şirkətlər təklifləri 2011-ci ilin mart ayının 14-də Maliyyə Nazirliyinin Maliyyə-inzibati şöbəsinə təqdim edəcəklər.

Nazirlik bildirir ki, tenderdə inşaat işləri ilə məşğul olmaqla maliyyə imkanları olan, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar iştirak edə bilərlər. Tenderdə vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr iştirak edə bilməzlər;

Maliyyə Nazirliyinin S.Vurğun 83 ünvanda yerləşən inzibati binasının söküntü işlərinin aparılması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün 500 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi