Modern.az

Bərdədə uşaqların oynatdığı mina partladılıb

Bərdədə uşaqların oynatdığı mina partladılıb

Təhsil

9 Fevral 2011, 10:36

Xaçın çayının Bərdə rayonu ərazisindən keçən hissəsindən PMN-2 markalı piyada əleyhinə mina tapılıb. Modern.az-ın məlumatına görə, partlayıcı qurğunu yaxınlıqdakı yaşayış məntəqəsinin balaca sakinləri çayqırağı sahədən aşkarlayıblar.
Həmin ərazidə mal-qara otaran bir çoban isə uşaqların döyüş sursatı ilə oynadıqlarını görüb və minanı onların əlindən alıb. O, daha sonra bu barədə Bərdə rayon Icra Hakimiyyətinin Şahvəllər kənd icra nümayəndəliyinə məlumat verib.
Bundan sonra hadisə yerinə ANAMA-nın çevik əməliyyat qrupu gəlib və partlamamış döyüş sursatının olduğu ərazini nəzarətə götürüblər. Partlayıcı qurğunun daşınması mümkün olmadığından mütəxəssislər onu yerindəcə partladıb zərərsizləşdirmək qərarına gəliblər.

Xaliq Qurbanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür