Modern.az

Azərbaycanda Novruz bayramı ilə bağlı müsabiqə elan olundu

Azərbaycanda Novruz bayramı ilə bağlı müsabiqə elan olundu

9 Fevral 2011, 10:53

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz Bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi. Bu, Novruzun yalnız onun keçirildiyi regionda deyil, həmçinin bütün dünyada artan vacibliyinin ən bariz nümunəsidir. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Bu münasibətlə BMT-nin İctimai İnformasiya Departamenti Novruz təbrik acıqcalarının hazırlanması üçün müsabiqə elan edib. Departamentdən Modern.az-a verilən məlumatda bildirilib ki, gənc rəssam və dizaynerləri bu müsabiqədə iştiraka dəvətlidirlər. Müsabiqəyə göndərilən işlər aşağıdakı tələblərə cavab verməlidir:

- Açıqcanın dizaynı A4 ölçüsündə (qatlanmış iki A5) olmalıdır

- Novruzun bayram əhval-ruhiyyəsi ilə birlikdə açıqca BMT-nin bəşəri sülh və xeyirxahlıq ideyalarını, müsbət çalarlarda çatdırmalıdır

- Açıqca həmçinin Azərbaycanda BMT sistemi təşkilatlarının fəaliyyətini əks etdirməlidir

- İşin üzərində, yaxud arxasında müəllifin adı qeyd edilməməlidir.

Müsabiqə iştirak etmək üçün aşağıda qeyd edilmiş tələblər mövcuddur:

- İştirakçının yaşı 16-29 arasında olmalıdır

- Bir iştirakçı ən çoxu iki iş təqdim edə bilər

- İştirakçılar işlərlə yanaşı ayrıca olaraq əlaqə nömrələri və elektron ünvanları daxil olmaqla özləri haqqında qısa məlumat göndərməlidirlər

- Bundan əlavə işi izah edən qısa mətn də əlavə oluna bilər.

İşləri göndərmək üçün son tarix 3 mart 2011-ci ildir. Bütün işlər münsiflər heyəti tərəfindən nəzərdən keçirildikdən sonra ən yaxşı iş müəyyən ediləcək. Qalib 200 AZN pul mükafatı və xüsusi sertifikatla təltif ediləcək. İkinci və üçüncü yerin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək.
(İşlər bu ünvanda qəbul olunacaq: Bakı, BMT-nin 50 illiyi küçəsi, Əlaqə telefonu: 4989888)

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı