Modern.az

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist - Sərvinaz Kərimova...

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist - Sərvinaz Kərimova...

9 Fevral 2011, 11:21


Modern.az
xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu dəfəki yazımız Almaniya vətəndaşı ilə evlənərək hazırda bu ölkədə yaşayan həmyerlimiz Sərvinaz Kərimovadır.
Sərvinaz Gürsoy (Kərimova) 1970-ci ildə Azərbaycanın Sabirabad  rayonunda doğulub. Əvvəlcə Bakı şəhərində liseyi, sonra isə Mədəniyyət və İncəsənət Universitetini (“Teatr kollektivinin rəhbəri” ixtisasi üzrə) bitirib. 1997-98-ci illərdə “Olaylar” İnformasiya Agentliyi, 1998-2000-ci illərdə “Azərbaycan Ordusu” qəzetində çalışıb. 2006-2007-cı illərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva ilə birgə təsis etdikləri “Göyqurşağı” uşaq jurnalında işləyib. (Jurnal indi də nəşr olunur və əlaqələri var ). Bununla yanaşı, həmin kitabxananın Kütləvi işlər şöbəsinin əməkdaşı kimi Bakı məktəblərində cox sayda layihələrin müəllifi və iştirakçısı olub.

Onun digər əsas işi həm də teatrla baglı olub. 1990-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəzdində yaradılan və 1998-ci ildə rəsmi dövlət qeydiyyatindan keçən “Körpəm” Eksperimental Uşaq Teatrının təsisçılərindən biridir. Uzun illər həmin teatrda tədris hissə mudiri və sərəncamşı direktor vəzifələrində çalışıb. 2002-2006-ci illərdə isə “Körpəm” EUT-un bazasında yaradılmış Bakı Uşaq Teatrının direktor muavini vəzifəsində çalışıb.

2007-ci ilin fevral ayında Sərvinaz Kərimova iş muqaviləsi ilə Estoniyaya köçüb. Orada ilk olaraq Azərbaycan bazar gunu məktəbinə rəhbərlik edib. Sonra Azərbaycan uşaq baxçasının rəhbəri olub. Bu işlərlə yanaşı 2008-ci ildə TURAN Estoniya.-Azərbaycan İnteqrasiya Mərkəzini təsis edib. Estoniya Təhsil Nayirliyinin sifarişi ilə nəşr olunan “Azərbaycanlılar” (eston dilində) kitabının əsas müəllifidir. Hazırda Almaniyanın Şimali Rayn-Vestfaliya əyalətində yaşayır.

 - Sərvinaz xanım, necə oldu ki, xarici vətəndaşla ailə həyatı qurdunuz?

- Estoniyadakı fəaliyyətimlə bağlı başqa Avropa ölkələrini də gəzmək düşmüşdu taleyimin payına. Təsadüf nəticəsində tanış olduq onunla. Və çətinlik çəkmədən evlilik qərarı verdik. Qəribə də olsa, sən demə ikimiz də eyni düşüncələr içində qərar vermişik: Həyatımı sona qədər bağlayacağım insan bax budur deyə. Tanışlığımızla evlilik tarixi arasında cəmi 89 gün var. Necə deyərlər: gördük, sevdik, evləndik!

- Vətəndən xarici ölkəyə köçmək, xaricdə yaşamaq sizin üçün çətin olmadı ki?

- Of.... bu mənim çox yaralı yerimdi. Doğrusunu desəm, bu qərar mənim 15 ilimi alıb. Yəni, universiteti bitirdiyim 1991-ci ildən bu təklif zaman-zaman olub. Amma bir az vətənpərvər oldugum uçun mənə elə gəlirdi ki, Azərbaycanın havası olmadan boğularam. Yaşaya bilmərəm.  Görünür taleyimə qürbət yazılıbmış. 2006-cı ilin mayında Estoniyada beynəlxalq konfransa qatılmışdım. Bir daha belə bir təklif gəldi və bu dəfə özum də bilmədim necə oldusa, ani qərar verdim. Düzdür, içində Vətən sevgisi olan hər insan üçün xaricdə yaşamaq çətindi. Amma mən nəinki bir dəqiqə, bir an belə Azərbaycansız ola bilmirəm ki! Çünki o mənim işimdədi.

- Əvvəllər xarici ölkə vətəndaşıyla ailə həyatı qurmağı fikirləşmişdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xarici vətəndaşla evlənəcəksiniz?

- Gənc yaşlarımda qəti əlehinə idim bunun. Lakin sonralar fikrim dəyişdi. Bir şeyi deyim ki, mən bir az milli kökə bağlı və dinə sayqılı biriyəm.  Türk soyundan və müsəlman olmayan biri ilə ailə qurmazdım. Və dəfələrlə belə təklifləri rədd etdim. Bilirsiz, fərqli dinlərdən olan insanlarin nigahindan ən böyük ziyanı bu nigahdan dogulan uşaqlar görur. Belə nigahları insan azadlığı kimi qiynətləndirsəm də, o uşaqları düşünəndə haqq vermirəm.

- Həyat yoldaşınız sizinlə evlənəndə onun ailəsində bunu necə qəbul ediblər?

- Mənim fikrimcə Anadolu-Osmanlı turkləri (Turkiyə turklərini mən belə adlandırıram) ailələrində azərbaycan türkünü görməkdən qürür düyürlar. Həm də gəlin olaraq xüsusilə. Mən bunun çox şahidi olmuşam. Qaynanamla qaynatam, eləcə də yoldaşımım bütün qohumları məni çox sevirlər. Hətta gizlətmədən mənə “çox xoşbəxtik ki, gəlinimizsən” – deyirlər.

- Həyat yoldaşınız hansı sahədə çalışır?

- Həyat yoldaşım - Zəki Gürsoy ixtisasca elektrik mühəndisidi. Əslən turk olan Almaniya vətəndaşıdı. Universiteti Almaniyada bitirib. Hazırda ixtisasi üzrə iş adamıdır.

- Özünüz hazırda haradasa bir işlə məşğulsunuz?

- İndi Almaniyada bir işlə məşğul deyiləm. Amma Estoniyadakı fəaliyyətimi tamamlamamışam. Bu günlər son layihələrimi yekunlaşdırıram. Gələcəkdə burda da fəaliyyətimi davam etdirməyi düşünürəm. Bunun üçün Alman dilini öyrənirəm.

- Həyat yoldaşınız və siz: adət - ənənələrlə bağlı hansı fərqlər, hansı oxşarlıqlar var?

- Mən sizə bir şeyi deyim.  Bilmirəm  kənardan Azərbaycan türkləri ilə Türkiyə türkləri necə fərqli görünür! Mən bu iki xalqın həyat tərzi arasında bir fərq görmürəm. Hər iki xalqın arasında yaşamaq, məişətinə varmaq imkanım oldugu üçün bunu aydın görürəm. Həyat yoldaşımla olan fərqlərə gəlincə. Yaşadıgımız cəmiyyətin statusundan asılı olmayaraq İnsan faktoruna verdiyimiz dəyərdən tutmuş, evdəki milli və dini görüşlərimizə qədər hər şey üst-üstə düşür. Yəni hər şey oxşardı.

- Nə vaxtsa Azərbaycana dönüb birdəfəlik burada yaşamaq planlarınız ola bilərmi?

- Mən alın yazısına inanan insanam. Allah bizim üçün nə yazıb bilmirik. Amma mən sevə-sevə Azərbaycanda yaşamaq istəyərdim. Lakin bir həqiqət var. Nə vaxtsa Almaniyadan köçmək qərarı verərsək, gedəcəyimiz  yer Türkiyə olacaq. Çünki həyat yoldaşımın ata yurdu oradı.

- Ailədə körpə qığıltısı eşidilirmi?

- İlk övladımı bu ilin may ayında dünyaya gətirmək nəsib olacaq, saglıq olsun.
Mənim övladım iki böyük Oguz soyunu özündə birləşdirəcək. Onu ulu turk kökünə layiq bir insan kimi yetişdirmək üçün Allahdan  mənə yardım etməsini diləyirəm.

- Azərbaycanla əlaqəniz hansı şəkildədir, gəlib-gedirsinizmi, mətbuatını izləyirsinizmi?

- Azərbaycanla əlaqələrim çox sıxdı. İmkan olduqca gəlirəm Azərbaycana. Azərbaycana olan səfərlərim mənə “adrinalin ” olur. Günlük planımda ilk olaraq Azərbaycan mətbuatını izləmək durur. Bu adətimi heç pozmuram.

- Yaşadığınız ölkədə azərbaycanlılarla əlqələriniz necədir?

- Biz yaşadığımız şəhərdə azərbaycanlılar çox deyil.  Dah çox Cənubi Azərbaycandan olanlar  var. Artiq  bir neçə ailə ilə tanış olmuşuq. Amma azərbaycanlıların burdakı fəaliyyətini və Azərbaycanla baglı Alman mətbuatında olan məlumatları da izləyirəm
Azərbaycanla bağlı günlərlə, həftələrlə damışaram. Bunu qürbətdə yaşayanlar yaxşı bilərlər...

 

 

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı