Modern.az

Prezident Qərb rayonlarına səfərini Qazaxdan başlayıb

Prezident Qərb rayonlarına səfərini Qazaxdan başlayıb

9 Fevral 2011, 11:55

Prezident İlham Əliyevin bu gün səhər respublikamızın Qərb bölgəsinə səfər edib. Modern.az-ın əməkdaşı Gəncədən xəbər verir ki, ölkə başçısı Qazax, Tovuz, Gəncə, Samux, Naftalan və Goranboyda olacaq.
Dövlət başçısı səfərinə Qazax rayonundan başlayıb. Prezident rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Qazax rayonunun içtimayyət nümayəndələri ilə görüşüb. Səfər zamanı prezident gömrük-keçid məntəqəsinin, həmçinin, “Sınıq” körpü - Qazax yolunun, Şıxlı kəndindəki orta məktəbin açılışında iştirak edib, S.Vurğun adına Poeziya evində olub.

Modern.az-ın məlumatına görə, İlham Əliyevin bu gün Tovuz, Gəncə, Samux, Naftalan və Goranboyda da bir sıra obyektlərin açılışında iştirakı planlaşdırılıb.

Xalq Qurbanov
Gəncə
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir