Modern.az

Şəhid övladları təhsil haqqından azad ediləcək

 Şəhid övladları təhsil haqqından azad ediləcək

9 Sentyabr 2016, 16:04

 

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanın (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri də təhsil haqqından azad ediləcək.

 

Bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan layihədə öz əksini tapıb.

 

İclasda qeyd edilib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif edilən yeni dəyişiklikliyə əsasən, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar arasında olan şəxslər də AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində oxuyanların təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

 

Təklif olunan dəyişikliklər "Təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

 

"Təhsil haqqında" qanuna təklif edilən yeni əlavədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat" anlayışı müəyyənləşdirilib. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat- magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi