Modern.az

“Eurovision”un keçiriləcəyi yer açıqlandı

“Eurovision”un keçiriləcəyi yer açıqlandı

9 Sentyabr 2016, 17:00

“Eurovision-2017”nin Ukraynadakı təşkilat komitəsi müsabiqənin Kiyevdə keçiriləcəyini elan edib.  Modern.az mediasına istinadən xəbər verir ki, müsabiqənin keçirilməsi üçün namizəd olan şəhərlər arasında paytaxt  19 səs toplayıb, Odessa 2 səs alıb, bir nəfər bitərəf qalıb. 

Bundan əlavə, müsabiqənin Dnepr çayının sol sahilindəki Beynəlxalq sərgi mərkəzində keçiriləcəyi də müəyyənləşdirilib. Oraya 12-14 min tamaşaçının yerləşməsi mümkündür.

Müsabiqəyə hazırlığa ən azı 15 milyon avro ayrılacaq.

“Eurovision-2017”nin yarımfinalı mayın 9 və 11-də, final ayın 13-də keçiriləcək.

 

Stokholmda baş tutan “Eurovision-2016”nın qalibi Ukrayna təmsilçisi Camala olub. O  534 səs toplayıb. Camala yarışmada “1944” adlı mahnı ifa edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı