Modern.az

Ceyms Uorlik: “Ermənistan prezidentinin Qarabağa səfərində qeyri-adi heç nə yoxdur”

Ceyms Uorlik: “Ermənistan prezidentinin Qarabağa səfərində qeyri-adi heç nə yoxdur”

12 Sentyabr 2016, 10:14

ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik Rusiyanın “İnterfaks” agentliyinə Moskvada müsahibə verib.

 

Modern.az xəbər verir ki, Uorlik Ermənistan prezidenti Serj Sarkisyanın yaxınlarda Qarabağa səfər etməsinə münasibət bildirib.

 

“O əlsən Dağlıq Qarabağdandır. Ona görə də burada təəccüblü heç nə yoxdur. Həmsədrlər də tez-tez Qarabağın faktiki rəhbərləri ilə görüşə gedir. Sarkisyanın belə səfərlər etməsində təəccüblü heç nə yoxdur. Gözləyirəm ki, yaxınlarda həmsədrlər də regiona belə səfər etsinlər”.

 

Amerikalı həmsədr Peterburq və Vyanada əldə olunmuş razılaşmaların icrasını gözlədiyini deyib.

 

"Bu sammitlər sayəsində (Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü və ondan əvvəl Vyanadakı ikitərəfli yüksək səviyyəli görüş - REPORT) nizamlanma üçün çoxsaylı şərtlər ortaya çıxdı. Misal üçün Dağlıq Qarabağda ATƏT-in müşahidə missiyasının genişləndirilməsi. Biz, əlbəttə ki, bu razılaşmaların inkişafını gömək istərdik", - deyə C.Uorlik bildirib.

 

O qeyd edib ki, bu, Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması prosesində növbəti addımların atılması üçün ABŞ-ın Vyana sammitindən sonra həyata keçməsini gözlədiyi razılaşmalardan biridir.

 

"Vyanada ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə sammit keçirildi. Bu yaxınlarda Vladimir Putin Sankt-Peterburqda iki prezidenti qəbul etdi. Nəticədə, biz Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların, həmçinin sülh prosesində növbəti addımların atılmasına dair razılaşmanın həyata keçməsini görmək istərdik", - deyə o qeyd edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı