Modern.az

Bakıda evə silahlı basqın olub, bir nəfər güllələnib

Bakıda evə silahlı basqın olub, bir nəfər güllələnib

Hadisə

12 Sentyabr 2016, 12:50

Bakıda silahlı insident olub.

 

Modern.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən atəş açıb. E. Kazımov xəstəxanaya yerləşdirilib.

 

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Quliyev tutulub.

 

Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd güllə və 4 ədəd giliz aşkar edilərək götürülüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub