Modern.az

Şair Rüstəm Behrudi Yazıçılar Birliyindən çıxdı

Şair Rüstəm Behrudi Yazıçılar Birliyindən çıxdı

Mədəni̇yyət

13 Sentyabr 2016, 17:19

Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxıb.

 

Modern.az- ın xəbərinə görə, R. Behrudi bu barədə Facebook səhifəsində yazıb.

 

Onun statusunu təqdim edirik:

 

"Mən az qala 30 ilə yaxındir ki,əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum.

 

Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı. Ancaq indi baxıb görürəm ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan Yazıçılar Birliyinin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib.

 

 

Niyə? Görəsən şeirləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər? 

AYB-yə üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm.

Hamıya sevği və sayğılarımla!”

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır