Modern.az

Nuru Paşa Azərbaycanda 1130 şəhid verib – Türkiyədən təbrik

Nuru Paşa Azərbaycanda 1130 şəhid verib – Türkiyədən təbrik

14 Sentyabr 2016, 08:49

Min illik qardaşlığın ifadəsi olan "Bir millət, iki dövlət" sözü Türkiyə ilə Azərbaycanla olan qüvvətli dostluq əlaqəmizin ən gözəl ifadəsidir. Bu ifadə ilk dəfə Türk dünyasının tanınmış siması Heydər Əliyev tərəfindən işlədilib.

 Türkiyə və Azərbaycanın yerləşdiyi, imperialist oyunların oynandığı bu coğrafiyada tarixin hər dövründə günümüzdə olduğu kimi mübarizələr baş verib.

Bu ağır mübarizələr nəticəsində düşmən işğalından xilas olan yerlərdən biri də Azərbaycanın paytaxtı Bakıdır.

 1918-ci ildə yaradılan Qafqaz İslam Ordusu, Nuru Paşa komandanlığı altında Azərbaycan Respublikasının və Dağıstanın, Osmanlıdan yardım tələb etməsi üzərinə Azərbaycanı xilas etmək tapşırılıb.

1918-ci ilin mayında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çatan ordu keçdiyi istiqamətlər üzrə bütün yerləri bolşevik qoşunları və erməni daşnak dəstələrindən təmizləyərək, 15 sentyabr 1918-ci ildə Bakını xilas edib.

Qafqaz İslam Ordusu bu müharibələrdə Azərbaycanda 1130 şəhid verib.

15 Sentyabr Bakının düşmən işğalından qurtuluşunun 98-ci ilini qeyd edərkən, bu vəsilə ilə başda Nuru Paşa və silahdaşları olmaq üzrə bütün şəhid və veteranlarımızı minnətdarlıqla xatırlayır, uca Allah hamısına rəhmət diləyirəm

 

 Allah, Türkiyə və Azərbaycan Dövlətlərinin qardaşlığını, birliyini və sağlamlığını daim qılsın.

 

 Prof. Dr. Necdet Ünüvarın,

 

 Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri,  AK-dən millət vəkili

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər