Modern.az

Emin Ağalarov milyarder qızının toyunda - FOTOLAR

Emin Ağalarov milyarder qızının toyunda - FOTOLAR

14 Sentyabr 2016, 14:59

Ötən həftənin istirahət günü biznesmen Murad Beniaminovun rusiyalı milrader Qavriil Yuşvaevin qızı Bettinin toy mərasimi keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya biznesinin bütün işıqlı adamları əslən Azərbaycandan olan Ağalarovların şəhər kənarındakı Estate rezidensiyasına toplaşıblar.

Murad Beniaminovun yaxın dostu Emin Ağalarov kampaniyaya öz valideynləri – İrina və Araz Ağalarovla birgə gəlib. O, özünün “İnstaqram” səhifəsində ana və atası ilə təsirli ailə fotolarını paylaşıb.

Qonaqları əyləndirənlər arasında şou-biznesin ulduzları Keti Topuriya və Nikloay Baskov da olub. Baskov təkcə oxumayıb, o həm də toyda taçadalıq edib.

Gəlinin atası Qavriil Yuşvaev çox sayda iri şirkətin səhmdarıdır. Onun varidatı bir milyard dollardan çox dəyərləndirilir.

Yuşvaevin böyük ailəsi var. O 7 uşağın xoşbəxt atasıdır. Qərb mətbuatında Qavriili "qlobal investor və filantrop” adlandırırlar.

Biznesmen ötən ilin payızında ABŞ-ın Humacyte İnc biotexnologiya şirkətinin səhmdarları sırasına qoşulub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi