Akademik Milli Dram Teatrının kollektivi Şəkiyə yola düşüb. Modern.az xəbər verir ki, teatr kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Sentyabrın 15-də başlayacaq “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrının repertuarında olan “Ölülər” tamaşası nümayiş olunacaq.
Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.
Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Hicran Nəsirova, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, Aslan Şirin, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Mətləb Abdullayev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova canlandırır.
Bizimkilər: “100.5 FM”in aparıcısı: “Televiziya efirinə qayıtmaq istəyirəm” - FOTOLAR
“Böyük Yeddilik” ölkələri Rusiyaya xəbərdarlıq etdi
Yuxarı yaş qrupuna aid kişi və qadınlar məmurluq yolunda uğur qazana bilmədi
Cəbhədə silahlar susmadı
Azərbaycanlı gənclərin oxumaq istədiyi çətin ölkələr...
Ev şəraitində konservləşdirmə zamanı qida təhlükəsizliyi
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Cümhuriyyətin 100 illiyi ilə bağlı medal təsis edilir
Prezident Milli Məclisə 3 yeni qanun layihəsi göndərdi
Hökumətdə dəyişiklik oldu, bəs müxalifətdə? - Partiyalardan CAVAB
Sabiq deputat Arzu Səmədbəyli haralardadır...
Paytaxt sakinləri yeni təhsil nazirinə nələrdən şikayət etdilər? - VİDEOSORĞU
Çempionlar Liqasında yarımfinal: “Liverpul” “Roma”nı darmadağın etdi
Manatın bugünkü MƏZƏNNƏSİ
Ermənistanda Paşinyan və müvəqqəti baş nazir arasında danışıqlar ləğv edilib
Səhiyyə Nazirliyindən qızılca və suçiçəyi ilə bağlı VACİB AÇIQLAMA
Meksikada tələbələri öldürüb turşuda əritdilər
Siçana insan beyni köçürüldü
Tramp yenə qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib
Naxçıvanın Turizm Departamentinə direktor təyin edilib
AŞPA İŞİD əleyhinə qətnamə qəbul etdi
İlham Əliyev və Ərdoğan birgə şam ediblər
"Sarkisyan təqib olunmayacaq" - Paşinyan söz verdi
Azərbaycanda yeni medal təsis olundu
Abituriyentlər üçün vacib xəbər
Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən yenidən püskürdü - BAKIDA
Naxçıvana yeni mədəniyyət naziri təyinat olunub
Metropoliten rəsmisi üzr istədi
Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
İran şahı Rza Pəhləvinin mumiyası tapılıb
Azərbaycanlı turistlər ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA
AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər
Yeni sədri Ramiz Mehdiyev təqdim etdi
AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb
Əməkdar artist vəfat etdi
Şərh yaz