Modern.az

Hanı Nuri paşanın heykəli?

Hanı Nuri paşanın heykəli?

15 Sentyabr 2016, 10:18

Prof. Qafar Çaxmaqlı

Bu gecə, 15 Sentyabrda sabaha doğru  axşamdan bəri təsirindən ayrıla bilmədiyim bir kitab vardı həyatımda.  Ona görə belə deyirəm ki,  “Nuri Killigil” kitabının yazarı Atilla Orala heyran oldum. Şübhəsiz ki, 1000 səhifəlik kitabı bir günə oxumaq mümkün deyil. Amma vərəqləyib heyran olmaq olar. Bu hadisənin 15 sentyabra dəng gəlməsinin də xüsusi önəmu var. 15 sentyabr 1918-ci il Nuri paşanın (Killigilin)  qurduğu Qafqaz İslam Ordusu tərəfindən Bakının qurtuluş günüdür.  Bu zəfəri həzm eləməyən ermənilər hələ o zaman Nuri paşa haqqında olmazın böhtanlar yaymağa başlamışdılar.  Hayrenik” yazmışdı ki, “ Ənvər paşanın bəradəri fərari Nuri paşa İrəvan yaxınlığında qətl edilmişdir”, bir başqa erməni  qəzeti onun əsir götürüldüyünü, hətta  qulağıkəsik Anraniklə Qarabağda savaşda 7 min əsgərlə təslim olduğunu yazmışdılar. Hələ doğma Vətənində nələrlə rastlaşdığını demirik. Atilla Oral bütün bunları sənədlərlə titizliklə ortaya qoymuşdur

 Atilla bəy bu kitabı 20 ilə ortaya qoyub. materialları toplayıb, elə fotolar, şəkilllər, bəlgələr toplayıb ki, onu bir institut  illərlə çalışsa onu edə bilməz. Evini ipateke qoyaraq borc alıb, nəşr etdirib.   Millət qarşısında, Türklük qarşısında, Nuri paşanın xidmətləri qarşısında borcunu yerinə yetirib.   Nuri paşanın İstanbul Edirne yolundakı qəbristanlıqda İlk dəfə gəldiyi Nuri paşanın xilas etdiyi şəhərdə nələr yaşadığını, hansı hisslər keçirdiyini görməmək mümkün deyil məzarını da o tapıb, Nuri paşa torpağa tapşırılarkən ona qılınmayan namazı da o qıldırıb. Nədən ona namaz qılınmayıb bilirsinizmi?   Nuri paşaya məxsus silah fabrikası partladılarkən   parça- aprça olmuş Bakı fatehinin  cəsədi yetərli olmamışdır!.. Bir namazı belə ona qıymamışdılar. 

  15 sentyabrı, Bakının erməni bolşevik qüvvələrdən təmizləndiyi tarixi  andığımız bu günlərdə Nuri paşanın bütün həyatı, geçdiyi yol  haqqında belə bir dəyərli kitab ortaya qoyan  yazarı ilk dəfə Bakıya ayaq qoyarkən yəqin ki, maraq etmişdir: Onun xilas etdiyi şəhərdə Nuri paşanın xatirəsini yad ediləcək yer varmı, hanı onun adına verilmiş küçə, park?  Mən əminəm bu kitabı oxuyan hər kəs təkidlə soracaq:  Hanı Nuri paşanın heykəli?

15.09.2016

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır