Modern.az

Hüsnü Mübarək nəhayət prezidentlikdən getməyə hazırlaşır

Hüsnü Mübarək nəhayət prezidentlikdən getməyə hazırlaşır

10 Fevral 2011, 21:03

Misirdə hakim partiyanın baş katibi deyib ki, prezident Mübarək bu axşam, çox ehtimal ki, xalqa müraciətlə çıxış edəcək. Onun dediyinə görə, ehtimallar var ki, prezident səlahiyyətlərini vise-prezident Ömər Süleymana ötürəcək.

 

Misirin iki yüksək rütbəli rəsmiləri BBC-yə deyiblər ki, prezident Hüsni Mübarəkin hakimiyyətdən getməsi və ya kənara çəkilməsi indi fəal surətdə müzakirə edilməkdədir.

 

Hakim partiyanın indiki baş katibi Hossam Badravi deyib ki, prezident Mübarək çox guman ki, bu gün televiziya ilə xalqa müraciətlə çıxış edəcək.

 

Hossam Badravi ümid etdiyini bildirib ki, prezident Mübarək hakimiyyəti vitse-prezident Ömər Süleymana ötürəcək, lakin eyni zamanda o, buna tam əmin olmadığını qeyd edib.

 

Misirin baş naziri Əhməd Şərif BBC-yə başqa bir müsahibədə bildirib ki, prezident Mübarəkin hakimiyyətdən getməsi müzakirə olunur və bu məsələ tezliklə aydınlaşacaq.

 

Bu xəbərlər Qahirənin mərkəzində və ölkənin başqa yerlərində Mübarək əleyhinə izdihamlı etiraz nümayişlərinin davam etdiyi bir vaxt yayılıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir