Modern.az

Bu jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTOLAR

Bu jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTOLAR

15 Sentyabr 2016, 11:17

15 sentyabr Azərbaycanda Bilik Günü qeyd olunur. Bu gün yeni tədris ilində I sinfə ölkə üzrə 164 033 nəfər şagird gedib. Bu şagirdlərdən 43 397 nəfəri I sinfə Bakı şəhərindəki məktəblərdə gedib. 

Modern.az saytı xəbər verir ki, Bakıda birinci sinfə gedənlər arasında xeyli jurnalist övladı da var.

“Franse press” Agentliyinin Bakı təmsilçisi Emil Quliyev kiçik qızını bu gün 1-ci sinfə yola salan həmkarlarımızdandır.

“Meydan” TV ilə əməkdaşlıq edən müstəqil jurnalist Natiq Cavadlının oğlu Türkel də bu gün ilk dəfə məktəbə ayaq basıb.

“Lent.az” saytının redaktoru Kəmalə Quliyeva qızını 1-ci sinfə aparıb.

“AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov oğlu Məhəmmədi ilk dəfə məktəbə yola salmağın sevincini yaşayır

“Mir” Teleradio şirkətinin Bakı studiyasının əməkdaşı Tağı Türkün qızı bu il 1-ci sinifə qədəm qoyub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı da oğlu 1-ci sinfə gedən jurnalist valideyndir.

“Kulis.az” saytının əməkdaşı Mirmehdi Ağaoğlu bu gün oğlunu ilk dəfə məktəbə göndərib.

Modern.az saytının müxbiri Gülşən Raufqızı da oğlunu ilk dəfə məktəbə yola salmağın sevincini yaşayır.

“Lider” TV-nin əməkdaşı Elnarə Dərziyeva qızını 1-ci sinfə aparıb.

“Basta.info” saytının baş redaktoru Mustafa Hacıbəyli isə oğlunu 1-ci sinfə göndərib.

Jurnalist-yazar Aysel Əlizadənin qızı 1-ci sinfə gedən şagirdlər sırasındadır.

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayevin qızı da bu il 1-ci sinfə gedib.

“Futbolpress.az” saytının əməkdaşı Elçin Cəlilov oğlunu ilk dəfə məktəbə aparıb.

“Avtoqraf” jurnalının baş redaktoru Natiq Zərbəliyev də oğlu birici sinfə gedən həmkarlarımızdandır.

APA TV-nin əməkdaşı Sevinc Vaqifqızı qızını ilk dəfə 1-ci sinfə yola salıb.

APA İnformasiya Agentliyinin redaktoru Gülşən Hacıyevanın oğlu Ərdəm də ilk dəfə orta məktəbin qapısını açaraq, 1-ci sinif partası arxasında əyləşib.

Tanınmış jurnalist, Modern.az-ın köşə yazarı Mahir Qabiloğlunun isə nəvəsi Polad bu il 1-ci sinfə qədəm qoyub.

"Yeni Müsavat" qəzetinin əməkdaşı Etibar Seyidağa bu il oğlu Nuranı 1-ci sinfə yola salıb.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevin oğlu ilk dəfə məktəbə ayaq açıb.

"Lider" TV-nin aparıcısı Günel Gözəlova da qızını 1-ci sinfə yola salan jurnalistlər arasındadır.

"Azərsu" ASC-nin mətbuat xidmətinin əməkdaşı Neyman Səfərəliyevin oğlu Tuncay da bu il ilk dəfə məktəbə gedən 6 yaşlı uşaqlar sırasındadır.

APA TV-nin əməkdaşı Musa Əhmədov da sevinclidir, onun qızı Nərgiz 1-ci sinfə qədəm qoyub.

ANS TV-nin əməkdaşı Afət Telmanqızı bu gün 6 yaşlı övladı Cəmiləni 1-ci sinfə yola salıb.

"Publika.az" saytının əməkdaşı İlqar Atabəylinin oğlu Rəsul da bu gün birinci dəfə məktəbə yollananlardan olub.

"Teleqraf.com" saytının əməkdaşı Səxavət Həmid oğlu Əlini bu gün 1-ci sinfə aparan jurnalist valideynlərdəndir.


Modern.az saytı jurnalistləri məktəbli valideyni olmaları münasibətilə təbrik edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu