Modern.az

Bakını xilas etmiş Nuru Paşa FOTOLARDA

Bakını xilas etmiş Nuru Paşa FOTOLARDA

Mədəni̇yyət

15 Sentyabr 2016, 11:58

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 98-ci ili tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-cil tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.

Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi.

Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.

Qeyd edək ki, bu vaxtadək Nuru Paşa və Qafqaz İslam Ordus haqqında Azərbaycan mətbuatı yüzlərlə yazı dərc edib. Əksər vaxtlarda həmin yazıların yanında Nuru Paşanın şəkilləri yanlış olaraq təqdim edilib. Media bir çox hallarda NuruPaşanın əvəzinə onun qardaşı, Türkiyənin ovaxtkı hərbi naziri Ənvər Paşanın şəklini dərc etməklə yanlışlığa yol verir.

Modern.az saytı bunu nəzərə alaraq, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın gerçək fotolarını təqdim edir.

Fotoları saytımıza tarixçi alim Nəsiman Yaqublu verib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!