Modern.az

Bakıda 2 azyaşlı bədbəxt hadisələrin qurbanı oldu

Bakıda 2 azyaşlı bədbəxt hadisələrin qurbanı oldu

15 Sentyabr 2016, 12:10

Bakı şəhərində 1 yaşlı uşaq faciəli şəkildə ölüb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

 

Digər bədbəxt hadisə isə Nizami rayonunda baş verib. Məlumata görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb.

 

Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu