Modern.az

“Turizm haqqında” qanun qəbul olunur

“Turizm haqqında” qanun qəbul olunur

16 Sentyabr 2016, 13:30

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

 

 

Modern.az-ın xəbərinə görə, iclasda komitə sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi Prezident İlham Əliyevin turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir.

 

8 fəsil 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı bir sıra anlayışlar, görüləcək tədbirlər, dövlət reyestri, sığorta və sair məsələlər əksini tapıb.

 

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?