Modern.az

Əməyin mühafizəsini pozan dövlət orqanlarının səlahiyyəti ixtisar ediləcək

Əməyin mühafizəsini pozan dövlət orqanlarının səlahiyyəti ixtisar ediləcək

16 Sentyabr 2016, 13:36

Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bununla əlaqədar Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisarın aparılması müzakirəyə çıxarılıb.

 

Sənədə görə, qeyd olunan maddənin göstərilən hissəsində əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanın yoxlayaraq təsdiq edəcəyi siyahıdan “peşə və vəzifələri” sözləri çıxarılır.


Komitə sədri Hadi Rəcəbli söyləyib ki, bu ixtisarın aparılmasına səbəb bürokratik əngəlin aradan qaldırılmasına xidmət edir:

 

“Çünki müvafiq icra hakimiyyəti bu qaydaları təsdiq etmək üçün müvafiq yoxlamanı aparanda peşə və vəzifələri təyin edən zaman bürokratik problemlər yaranırdı. Bunu ixtisar etməklə artıq əməyin mühafizəsi qaydalarını təsdiq etmək üçün peşə və vəzifələrin müəyyən edilməsinə ehtiyac qalmayacaq”.


Layihə plenar iclasa tövsiyə olunub.

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır