Modern.az

Qarabağ separatçılardan ETİRAF: “Döyüşlərdən sonra turistlər 70% azalıb”

Qarabağ separatçılardan ETİRAF: “Döyüşlərdən sonra turistlər 70% azalıb”

16 Sentyabr 2016, 15:28

Aprel döyüşlərindən sonra Dağlıq Qarabağın turizm sektoru dərin böhran yaşayır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal olunmuş torpaqlarda fəaliyyət göstərən “Qandsazar tur” şirkətinin baş meneceri Zara Baqdasaryan aprel döyüşlərindən sonra bölgəyə gələn turistlərin sayında 70% azalma müşahidə olunduğunu deyib.

 

“Qarabağda turizm sektoru ciddi böhran içindədir. Yay aylarında erməni diasporunun öz məzuniyyət günlərini Qarabağda keçirməsi üçün kampaniya başladılsa da, bu əks effekt verib”.

 

Turizm şirkətinin rəhbəri mehmanxana qiymətlərini 30% azaltmağa vadar olduğunu deyib.

 

“Eklektika” və “Çavin kar” mehmanxanalarının payız mövsümündə tamamilə boş qaldığı da yerli mətbuatın yaydığı məlumatlar arasındadır. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?