Modern.az

Milli Məclisdə TANAP-a dair müzakirələr aparılacaq

Milli Məclisdə TANAP-a dair müzakirələr aparılacaq

16 Sentyabr 2016, 16:18

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov komitədə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən  işlərdən danışıb.

 

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma  Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinə baxılıb. Valeh Ələsgərov 2014-cü il mayın 26-da Ankara  şəhərində imzalanan sənəd barədə məlumat verib.

 

Qeyd olunub ki, qanun layihəsi iki qardaş ölkə arasında təbii qazın istismarı sahəsində əməkdaşlıq üçün olduqca zəruridir. 

 

Millət vəkilləri sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılmasını dəstəkləyiblər. 

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir