Modern.az

Jurnalistin komada olan atası beyin əməliyyatı keçirəcək

 Jurnalistin komada olan atası beyin əməliyyatı keçirəcək

16 Sentyabr 2016, 16:31

 

“Bu gün Avrasiya xəstəxanasında həkimlərin ümumi müzakirəsi olun və atamı əməliyyat etməyə qərar veriblər.

Əməliyyat bu günə nəzərdə tutulsa da bəzi səbəblərdən sabaha saxlanıldı. Sabah atam ağır beyin əməliyyatı keçirəcək”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə hazırda atası komada olan jurnalist İmdad Əlizadə məlumat verib.

Jurnalist bildirib ki, 7 aydır koma vəziyyətində olan atasının sağalması üçün əlindən gələni əsirgəməyən həkimlərə minnətdardır:

 

“7 aydır komada olan atamı 15 sentyabrda böyük ümidlə Avrasiya hospitalına köçürdük. Bu müddət ərzində atama qulluq edən, sağalması üçün əlindən gələni əsirgəməyən Mərkəzi Klinik Xəstəxananın həkimlərinə təşəkkür edirəm.

 

Ümid edirəm ki, doktor Əli Musayev atamın dərdinə çarə tapacaq və şəfalı əlləri atama kömək olacaq”-deyə jurnalist İmdad Əlizadə bildirib.

 

Xatırladaq ki, vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub.

 

Əli Əliyev Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Altı övladı var. Böyük oğlu, İmdad Əlizadə hazırda “Report” İnformasiya Agentliyində çalışır.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. “54 gün mühasirədə ” sənədli filmində Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edilir.   
Film 2012-ci ildə çəkilib, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.  

Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində ” kitabının müəllifidir.   

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı