Modern.az

“Mədəniyyət haqqında” qanuna dəyişiklik təklif olunur

“Mədəniyyət haqqında” qanuna dəyişiklik təklif olunur

Parlament

16 Sentyabr 2016, 16:47

Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, iclasda "Mədəniyyət haqqında" qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

Bildirilib ki, dəyişiklik layihəsi Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub. Layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub.

 

4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Komitə sədri Rafael Hüseynov deyib ki, yaradıcılıq mühüm sahədir, burada hər hansı məhdudiyyət ola bilməz.

 

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər