Modern.az

Ermənistanda “İsgəndər” raketləri varmı? – Azərbaycanlı generaldan AÇIQLAMA   

Ermənistanda “İsgəndər” raketləri varmı? – Azərbaycanlı generaldan AÇIQLAMA   

16 Sentyabr 2016, 18:23

Sentyabrın 21-də Ermənistanda müstəqilliyin 25 illiyinə həsr olunmuş hərbi parad keçiriləcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevana parad üçün gətirilən hərbi texnika içərisində “İsgəndər” taktiki-operativ raket kompleksinin də olduğu fotolar sosial şəbəkələrdə yerləşdirilib.

 

“Sabah Ermənistanda keçiriləcək hərbi paradda “İsgəndər” raketlərinin nümayiş etdirilməsi hələ bu dövlətin hərbi gücündən və qüdrətindən xəbər vermir. Ermənistan parada bu raketi çıxartması hələ o demək deyil ki, onların ordusu bizimkindən güclüdür”.

 

Bu sözləri Modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib.

 

General-leytenant bildirib ki, Ermənistandakı “İsgəndər” raketləri içi boş olan korpuslardır və bu Azərbaycanı qorxuda bilməz:

Hələ bilmək olmaz Ermənistanın sabah paradda nümayiş etdirəcəyi həmin raketlər həqiqətən “İsgəndər”in özüdür yoxsa sadəcə içi boş korpuslarıdır.

Digər tərəfdən isə bu gün Azərbaycan silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının İsgəndər raketinə qarşı cavab verə biləcək çox güclü müdafiə sistemləri və arsenalı var.

 

Qəti şəkildə bunun Azərbaycanda qarşı heç bir hərbi təhdidi, riski və qorxusu ola bilməz. Ermənilər hansı adımı atsa biz hər zaman buna adekvat, qabaqlayıcı və irəliləyici addımlar atırıq”.

 

Yaşar Aydəmirov söyləyib ki, Rusiya Ermənistana İsgəndər raketini satmaz:

“Ümumiyyətlə, Ermənistanda həmin İsgəndər raketlərinin özünün əslinin olmasına inanmıram. Çünki Rusiya heç vaxt Ermənistana bu raketləri sata bilməz. Ən azı ona görə ki, Rusiya dəfələrlə bəyan edib ki, İsgəndər raketini satmayacaq”.

 

Ehtiyatda olan general-leytenant hesab edir ki, Ermənistandakı bu raketlər Rusiyanın ola bilər:

 “Ola bilsin ki, Rusiya Ermənistandakı hərbi bazalarında İsgəndər raketlərini yerləşdirib, amma satması inandırıcı deyil. Çünki bu raketlərin qiyməti çox bahadır və Ermənistan heç vaxt bunu ala bilməz”.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!